Unutmaq istəmirik!

" Yıllar hiçbir şeyi değiştirmemiş değil mi?
Bak yine karşındayım o son günkü gibi... 
Ama hiçbir şey fark etmez ki... 
Sen istemedikten sonra beni... 
Neyse sustum ama unutmadım... 
Çünkü, senin adın unutulmayan sevgili..." 


Unudulmayan bəzi hisslər vardır, hansı ki,"unudacam" deyə məcbur edərik özümüzü boş yerə. Əslində, "unutmaq istəmirəm" deyə bilmərik heç cür...Bir musiqi çalar "xatırlatdı" deyərik... Birlikdə gəzdiyimiz küçələrə gedər və "bu yerlərdən onunla keçmişdik"
deyərik... İstər-istəməz telefonu əlimizə alıb qalereya bölməsinə girər heç xəbərimiz yoxmuş kimi onun, ya da onunla olan köhnə bir şəklə rast gələrik...Bütün bunlar əslində biz istədiyimiz üçün olar, amma "təsadüfən oldu, mən onu unutmuşdum" deyə özümüzü aldadar, bu fikri özümüzə təlqin edərik...

"Bundan uzun, çox uzun illər öncəsi;
İçimdə duyğulu bir gənclik atəşi... 
Mövsüm ilıq və gözəl bir ilkbahar,
Ağlımda yalnız sən vardın sevgili..."

Unutmaq deyə bir şey yoxdur, çünki... Bunu qəbul etməyə məcburuq... Biz "unudarıq" radiolar xatırladar... Biz
"unudarıq" musiqilər, hər birini ona bənzətdiyimiz gülüşlər xatırladar!
Unutmaq deyə bir şey yoxdur, çünki... Sevdiyi yeməyi yeyərkən boğazımıza düzülər tikələr, tikə-tikə xatırlayarıq onu... Bütün o gözəllikləri unutmaq üçünmü yaşadıq?!

"İndi, çox uzun illər keçdi aradan;
Amma yenə dodaqlarımda sanki,
O nəşəli qızın ürkək nəfəsi..."

Heç kim tam olaraq gedə bilməz çünki, içinə qarışdığı həyatlardan... Parça-parça qalar, parçalanar, amma yox olmaz... Daha bəsid bir nümunə lazımdırsa, əgər deyim sizə... Üşüdükdə belə ağlımıza "O" gələr... Nə etsək də qızına bilmərik... Əllərimizi qoyacaq bir yer tapa bilmərik... Onun əllərini hiss etmək istər, çünki, əllərimiz...
Çünki, qısa cümlələrlə sevmədik biz... Hər dalaşanda çox uzun cümlələr girdi aramıza... O cümlələri eşitməkdən daha qabağa gedə bilmədik çünki... Hiss edə bilmədik, məsələn... 

"Bir su kimi gəldi keçdi mövsümlər,
Bu gün artıq mövsümlərdən sonbahar!
Fəqət yenə ağlımda sən varsan,sevgili..."

Bəs unuda bilmiriksə, əgər, niyə lazımdır bu qədər işgəncə? Aldatma özünü! Məncə, artıq zaman, dürüst olmaq zamanıdır, "unutmadım, unuda bilmədim" deyə hayqırmağın zamanıdır... Çünki, artıq saat 00:00-ı göstərir, bütün xəyallarımızın
yuxuya qarışdığı zamanı... Heç vaxt gerçək
olmayacaq xəyyallar qurduğumuzu anladığımız o zamanı... 
Sonda isə bu yazını oxuyursansa, əgər sənə deyəcəyim ikicə cümləm var, sevgili... 
İndi "gəl" desən gəlmərəm,amma "sevmə" desən sevərəm... Bu qədər zaman sonra dönmərəm, çünki hər şey üçün çox gecdir, çünki mən səni çox erkən sevdim, sevgili... "

(Əliqoşqar Kərimli) 

20 fevral 2016-cı il / Bakı

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder