Dinlər


Sizə bir həqiqəti deyim? :)
Əgər siz xristian ailəsində anadan olsaydız, din kimi xristianlığı qəbul edəcəkdiz. :) "Yox mən xristian ailəsində olsam da yenə də islamı qəbul edərdim" kimi fikirləri eşidir kimiyəm. :) Bəziləri... Az bir hissə bəlkə də bunu edər və edir də. Amma ümumilikdə dinlər əksər insanların geştaltına yeridilmiş hekayələr toplusudur.İnsanlar kiçik yaşlardan valideynlərindən və ətrafındakılardan onlar hansı dinə inanırlarsa o din haqqında məlumatları arasıkəsilmədən qəbul edirlər.Şüuraltıya bu informasiyalar vasitəsilə o qədər  "təcavüz" edilir ki, çarəsizcə o dinə inandıqlarına "inandırılırlar". O valideynlər də öz valideynlərindən bunu eşidib və siz də öz uşaqlarınıza inandığınız din haqqında danışacaqsız. Deməli, din də irsi xarakter daşıyır. Çünki, heç bir valideyn öz uşağının qarşısına seçim  qoymur ki, sən gələcəkdə hansı dinə inansan onu da seç və ya istəsən heç birini seçmə. Buna misal olaraq islamdakı sünnəti göstərmək olar. Həqiqətlər acı dadır, cənablar.

Digər bir məsələ, götürək hər bir ölkənin dövlət başçılarını. Onlar da üzdə öz ölkəsində insanların çox olan hissəsi hansı dinə inanırsa o dinə inanmağa məhkumdurlar. Əlbətdə, istisnalar xaric. Çünki, zatən müxtəlif dövlət məsələləri ilə məşğul olan, narahat edilən biri bir də xalqın inancına qarşı gələrək öz işini çətinə salmaz.Belə olan halda o şəxslər də dinlər üçün piar olur, bir mənada.

Ümumilikdə, inanclı olmaq insanın daxili tələbatıdır, məncə.Çünki,tarixən insanlar sığınacaq bir qapı, varlığın əbədi olduğuna dair kiçik bir dəlil axtarıblar. Bilirsiz, onlar hələ də axtarırlar. :)

Qaldı ki, mənim inancıma, bəzən məndən "mən eşitdiyimə yox, gördüyümə inanıram" fikrini eşidəndə çox insanın ilk verdiyi reaksiya bu olur: "Onda sən Allahın varlığına inanmırsan? Axı onu da görməmisən".Xeyr,cənablar! Mən onu görmüşəm! Mən onu təbiətdəki sinxronluqda və qanunauyğunluqda görmüşəm.

Əliqoşqar Kərimli

21 dekabr 2015-ci il/ Bakı

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder