Təsəlli

"...Bəlkə də anlamsızdı hər şey,
Ya da analamaq istəmədik...
Hayqıra bilmədik,məsələn,
İçimizdəki pərvazsız duyğuları..."

..."Yazmağa davam et, oxuyacam" oldu
son sözləri...Öncəkilərdən daha böyük bir şövqlə sarıldı qələminə gənc yazar. O əmr etdi, qələm yazdı...
-"Zamanın axışı içərisində insanoğlu xoşbəxtliyin çox qısa bir röya olduğuna inandırılmışdır çarəsizcə" deyə yazdı qələm.

"Xəyallar çürüdü...
Öncə quşlar yedi,
Sonra sıralı aldanışlar...
Gündüz bitdi,
Gecələr çaxmağını unutdu...
Və ölü xatirəsini
Hafizələrdən sildi..."

-"Bu qədər qısa olacağını düşünməmişdim axı" deyə dilləndi yazar bitkin bir halda...
-"Həqiqətənmi gedənlərin qiyməti getdikdən sonra bilinir?" deyə sual ünvanladı qələm öz tünd rəngli mürəkkəbinin kağız üzərindəki mürəkkəb kombinasiyası ilə...
-"Xeyr!" - Etiraz etdi yazar haqlı olaraq...Çünki onun dəyərini getdiyi gün deyil, məhz gəldiyi gün anlamışdı...Onunla qarşılaşdığı ilk dəqiqədən vermişdi heç kimə vermədiyi dəyəri ona...Sanki o yazmırdı-qələm bütün idarəni öz əlinə almışdı artıq...

"Kök atdı qaranlıq...
Yüzlərlə dirilmiş xatirələr 
Düşdü yada heç nəyə məhəl qoymadan...
Təsəlli axtarmaq isə
Təzahürü idi sirrin..."

-"Getdi, bax! Arxasına belə baxmadan çıxıb getdi! Sən nə etdin?! Onun ağzından çıxan ikicə kəliməyə sığındın! "Yazmağa davam et, oxuyacam..." Hah...Oxumayacaq! Sənsə yazacaqsan dayanmadan!" deyə ittiham etdi qələm gənc yazarı...
-"Yox! Yox! Yox! Getmədi! O getmədi! O getmədi! O dedi..."Oxuyacam" dedi..."Yazmağa davam et" dedi...Oxuyacaq! O mütləq oxuyacaq!"
-"Ha ha ha...Oxumayacaq, ay yazıq! Ha ha ha..."
-"Sus! Sus artıq sus!"
-"Yazmağa davam et, oxuyacam....Yazmağa davam et oxuyacam...Yazmağa davam et oxuyacam...Yazmağa dava..."

"Ümidlər öldü göyün altında...
Vəbalı çarəsizliyin
Əlsiz-ayaqsız halı...
Gəl uzatmayaq çünki,
Xəyallar çürüdü...
Çünki saçların dağılmır artıq
Ümidsiz səssizlikdə...
Çünki tərkedişlər sevir məni...
Yalnızlığın dilənçi təsəllilərinə
Sığındı özüm..."


Və səssizlik...Onun ehtiyacı olan, hamımızın ehtiyacı olan, dünyanın ən möhtəşəm səslərini duymaq üçün lazım olan tək şey...Səssizlik...Saat 03:00 göstərirdi...Oyandı yazı masasının üzərində yuxuya gedən gənc yazar...Ortada nə qələm vardı, nə yazı...Ortada nə yuxu qalmışdı, nə kabus...Yox, yox qalmışdı...Kabus qalmışdı...O getmişdi...Nəhayət, bitirdi əsərini yazar...Amma beynində yenə eyni səslər yanxılandı..."Sən də yazmağa davam et, oxuyacam..."

(Əliqoşqar Kərimli)

25-28 dekabr 2017-ci il / Bakı-Sumqayıt


Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder