Unudulmayan sevgili





Yenə də o gecələrdən biri
Və yenə adın dilimdədi,
Unudulmayan sevgili!
Artıq qış ötür,
Ağaclarda tək-tək çiçəklər görünür.
Nə edim ki, onlar mənə
Hər baxanda içərisində itdiyim o
Gözlərini xatırladır...
Baxışını, gülüşünü, yerişini xatırladır.
Nə edim ki, onlar mənə
Sənlə olan hər bir anı,
Sarılaraq gəzdiyimiz
Hər küçəni, hər dalanı
Mənə ucuz qiymətlərlə
Sırıdığın hər yalanı!!!
Xatırladır o güllərin hər biri...
Fəqət yenə!
Çox təəssüf ki, ağlımdasan!
Unudulmayan sevgili!

(Əliqoşqar Kərimli)

27 mart 2018-ci il / Sumqayıt

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder