Paradoks

   "Doğruluğuna inanılan hər hansı bir ifadənin və ya məlumatın insan sezgilərinə tərs düşməsi paradoksdur!"

  Getdiyin andaca unutdum səni...Bircə dəfə belə olsun düşünmədim.Keçirmədim bütün gecəmi ayrıldığımız yerdə, atılmadım telefona hər dəfə gələn mesaj səndəndir deyə.
Birisi adını andığında dönüb baxmadım istəmsizcə, dalaşmadım insanlarla sırf bu üzdən...Yuxularıma da girmədin...Gecənin bir yarısı oyanıb ağlamadım saatlarca şəklinə baxaraq...Dinləmədim qəmli mahnılar, qışqırmadım səsim tutulana kimi! Bitirmədim növbəti siqaret qutusunu, yazmadım bu yazıları!
Baxmadım göy üzünə hər gecə - eyni aya baxırıq deyib təsəlli etmədim özümü...Birlikdə izlədiyimiz filmi dəfələrcə izləyib böyük bir iştahla yedim sevdiyin yeməkləri! Düzülmədi boğazıma tikələr, xatırlatmadı səni mənə tikə-tikə!
Axtarmadım səni hər yeni insanda, olmadım bir başqası ilə sırf sənin ətrindən istifadə edir deyə! Ətrin də çox tez çıxdı yadımdan...Adının "Marry me!" olduğunu xatırlamıram, məsələn...


(Əliqoşqar Kərimli)

30 aprel 2018-ci il / Sumqayıt

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder