Son görüş

Hazır gəlmişdin son görüşə...
Çox qısa bir sükutdan sonra
Başlamışdın sözə...
"Daha yaxşısına layiqsən"lər
Çıxmışdı dilindən.
İçi boş üzrlər idi
Söhbətinin ardı...
Hələ arada bir
Gözlərin də yaşardı.
Heç vaxt unutmadım!
Aylardan sentyabr,
Fəsillərdən sonbahardı!
Əynində mavi gödəkçə,
Mavi ətək,
Üzündə isə rəngarəng bir
Maska vardı!


(Əliqoşqar Kərimli)

12 aprel 2018-ci il / Sumqayıt

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder