İki sətir alkoqol

İçmişəm bir az
Yaz deyir içimdəki səs
Nəfəs dar
Var deyiləcək sözlər.
Gözlər al, beyin dumanlı...
Yaşananlar düşür yada,
Ya da yaşana bilməyənlər!
Görməyənlər halımı
Tənqid edir məni,
Sevmir misralarımı.
Amma olsun!
Dolsun təki növbəti qədəh!
Bəh-bəh! "Vurdum" yenə!
Səndən mənə qalanların,
Dediyin o yalanların
Şərəfinə!

(Əliqoşqar Kərimli)

22 may 2018-ci il / Sumqayıt

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:

Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder