İthaf


      
Bəzən tökməlisən ətəyindəki daşı,
Yaşamın yaşatdıqlarına gülməlisən.
Dikməlisən gözlərini səmaya,
Əkməlisən yenə ümid toxumlarını
Bir gün bitər deyə!
Dözməlisən bəzən,
Bu gecə də keçər deyə!

Və bəzən bilməlisən...
Doğrunu yanlışdan seçməlisən
Nə qədər ağır olsa da,
Gəlməlisən doğru bildiyin yola;
Silməlisən heç yaşanmamış kimi!


Süzməlisən...
Açılmış yaralarına məlhəmmiş kimi
İçməlisən!
Növbəti siqareti yandırıb
Çəkməlisən nəfəsin kəsilənə kimi!

Görməlisən həyatı
Gözlərinə baxarkən,
Bitməlisən!
Hər şeyindən keçəcək qədər sevməlisən!

Və bəzən də...
Sevdiyin üçün getməlisən!
İçin içini yesə də,
İllərin tikişlərini sökməlisən içindən;
Etməlisən özünə işgəncə!


(Əliqoşqar Kərimli)

10 oktyabr 2018-ci il / Bakı


Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
2 yorum

2 yorum :