İkicə sətir

   Unutmağa çalışmaq...Unutmaq...Ya da, daha doğrusu, unutduğunu sanmaq... Sonra xatırlayıb "yıxılmaq" təkrar... Sonra bir daha... Sonra növbəti dəfə... Və dəfələrcə... Altında qalmaq yıxılan xəyallarının. Qısacası, bağlı qapıları arxasında ilişib qalmaq keçmişin. Səsin kəsilənə qədər bağırmaq içinə doğru, çırpınmaq çarəsizcə. Fərqinə varmaq-bu oyunda təkbaşına olduğunu anlamaq. Və sonra aldatmaq özünü-təsəlli tapmaq bəhanələrdən, ya da xatirələrə sığınmaq, istəmsizcə. Ağlamaq! Yaşadıqlarının üzündəki təzahürü olan gözyaşını "saxlamaq" başqalarından, ayıbmış kimi. Ya da beyninə hökm edən düşüncələrin təsirilə təkliyə çəkilərək bu boş-mənasız ikicə sətri qaralamaq!

(Əliqoşqar Kərimli)
2 fevral 2019-cu il / Sumqayıt

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:
Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder