Bir sevda düşün

Bir ümid düşün...
Bitib tükənmədən
Sıralı aldanışları bərabərində gətirən
Bir yalan düşün...
Çarəsizliyə həbs edilmiş,
Qaranlığa düçar edən
Bir kabus düşün...
Bütün gerçəkliyin arxasında
Həqiqətdən daha gerçək...
Bir yuxu düşün...
Oyanarkən unudulmayan,
Təkrar-təkrar yada düşən
Bir xəyal düşün...
Uğrunda ölünə bilən
Hər şeydən daha vacib
Bir sevda düşün...
Gedilən bütün yolları
Tək bir insana aparan.
Və bir adam düşün...
Sevgisini ürəyinə həbs etmiş,
Uzaqdan sevməyə davam edən.

(Əliqoşqar Kərimli)
12 Mart 2019-cu il / Bakı

Yazını bəyəndinizmi? Reaksiyanı bildir:

Hiç yorum yok

Hiç yorum yok :

Yorum Gönder