Haqqında

   Öncəliklə onu bildirmək istəyirik ki, aligoshgar.ga saytı Əliqoşqar Kərimlinin
daha öncə - 10 aprel 2013-cü ildə yaratdığı aligoshgar.cf saytının varisidir.
Bu adın qeydiyyatdan keçdiyi tarix isə 21 dekabr 2017-ci ilə təsadüf edir. Bu ad dəyişikliyinə gedişin səbəbini isə saytın yaradıcısı və sahibi Əliqoşqar Kərimli belə açıqlayır:

"...Domen uzantısındakı hərflər bu ad seçiminə əsas səbəbdir. Məhz, .ga uzantısı saytın öz adı ilə fonematik bir ahəng yaradır. Digər tərəfdən öncəki saytın görünüş və keyfiyyət cəhətcə inkişafı bu domen dəyişikliyini tələb edirdi. Hər şey inkişaf edir-dəyişir. İnkişaf edən edən bir sayt üçünsə belə kiçik dəyişikliklər vacib amillərdən biridir."

  Onu da bildirək ki, aligoshgar.ga saytı özündə müəllifin müxtəlif vaxtlarda və çox müxtəlif situasiyaların təsirilə yazdığı məqalələrdən əlavə, müəllifə məxsus məlumatları, şəkilləri və videoları da birləşdirir.