Mən kiməm?

Gəlin, tanış olaq. Mənim adım Əliqoşqar, soyadım Kərimli. Həyatımı universitetə qəbul olana qədər və universitetə qəbul olduqdan sonra olmaqla iki hissəyə bölsəm yerinə düşər. Çünki, sözün əsl mənasında "evrim" keçirmişəm. Həm daxili, həm də zahiri. Bu arada "evrim" dedim Darvin əmi yadıma düşdü, çünki bu dindarla darvinizmçilər arasındakı münaqişəni anlamış deyiləm. Çünki, hər ikisi tamam ayrı mövzularda fikir bildirir, amma bir-biri ilə mübahisə edirlər. Biri deyir, insanı Allah topraqdan yaradıb, digəri deyir ki, insanın əcdadı meymun olub. Fikir verin, ikincilər insanı meymunun yaratdığı fikrini savunmur. Yəni ola bilsin ki, insanı Allah torpaqdan yaradıb, amma insanın yarandığı ilk vaxtlarda zahiri cəhətdən bizim kimi olduğunu düşünmək ağılsızlıq olardı. Qaldı ki, bu barədə mənim fikrimə, insanın əməklə formalaşan, müasirləşən bir canlı olduğunu əsas gətirərək bu mənada Darvin əmiyə böyük hörmətim var. :)

Keçək, təlim-tərbiyə hissəsinə: Azərbaycan Dövləti Pedaqoji Universitetinin Pedaqogika və psixologiya fakültəsinin Korreksiyaedici təlim ixtisası üzrə məzun oldum.

Bir çox təlim və seminar iştirakçısıyam.Bir neçəsinin adını çəkim:

1.“Bakı Gənclər Debat Forumu Payız-2013”ün qalibi;
2.“Gənc Sahibkarlar üçün dövlət xidmətləri” seminar və infoturunun iştirakçısı;
3.“Qladiator Debatları Kolizeyi” layihəsinin təlim iştirakçısı və Gladebatoru;
4.“Psixo-SOS” Forumu” layihəsinin iştirakçısı;
5."Bədənimiz danışır" adlı bədən dili seminar iştirakçısı;
6."Büdcənin idarə edilməsi" seminar iştirakçısı;
7.“Bakı Gənclər Debat Forumu-Yaz 2015”in ən yaxşı təşkilatçısı;
8.“Nitq İnkişaf Mərkəzi”ndə təcrübəçi;
9."Okul öncesi eğitim" təlim iştirakçısı.

Könüllülük fəaliyyətin:
1.“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyində project manager assistant;
2.“Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA)”nın Reabilitasiya Mərkəzində könüllü işçi.

  Hal-hazırda "İdeal" Korreksiya və İnkişaf Mərkəzində Defektoloq-Loqoped vəzifəsində fəaliyyət göstərirəm.

2-ci kursdan debata qatılmışam. Həyatımın və düşüncə yapımın dəyişməsində debatın əvəzsiz rolunu qeyd etməliyəm. İlk turnirimdəcə 1-ci natiq kimi çempion olmağım mənə əlavə bir stimul verib, zatən tavanda olan egomu daha da yüksəyə çıxarıb. :)

Qətiyyən təvazökar adam deyiləm. Məni mütəvaziyə dəvət edən adam dünyanın ən bekar adamıdır.Amma çox utancağam. Yanımda qız olanda sıxılıram məsələn. Ya da evə adam gələndə gözə görünməz oluram. :) Dostum çox azdır. Yox dərəcəsindədir. Çünki, yaşıdlarım kimi deyiləm. Məni maraqlandıran mövzulara yaşıdlarım çox zaman ağzı açıq baxırlar. Maraqlarım texnologiyadır, dost-tanış üçün pulsuz texniki servis rolunu öz öhdəmə götürmüşəm. :) Çox sakit biriyəm, amma çox kobudam. Sevmədiyim fikirlə qarşılaşanda çox aqressiv reaksiya göstərə bilirəm, baxmayaraq ki, dalaşqan deyiləm. Dolmadan daşmağı bacaran bir səbr kasasına sahibəm. Peşman olduqda üzr istəməyi bacaran biriyəm. Sevdiyim rəng violet-egonun rəngi. Qara, uzun və düz saçlı qızlar idealımdı. :) Gözlərinin rəngli olması isə işin ekstrası. :) Çətin sosiallaşıram, qaynayıb qarışmaq mənlik deyil. Baxmayaraq ki, sosial şəbəkələrdə 40 minə yaxın izləyicim var. Çox az danışıram,lazım olan hallarda. Fikirlərimi sona kimi savunuram, qarşımdakının kim olduğundan asılı olmayaraq.
Axirətə inanmaq istəyirəm, amma bacarmıram. Materialistəm. Radikal dindarlara və müxalifətçilərə nifrətim eşsizdir. Hər kəsin dini inancına sayğı duyuram.

Gender bərabərliyinə qarşı deyiləm. Çünki, olmayan bir şeyə qarşı olmaq mümkün deyil. :)

Temperament tipim melanxolikdir. Qoç bürcündənəm. Soyuqqanlıyam, laqeydəm-dünya dağılsa vecimə olmaz. Amma çox məsuliyyətliyəm, xüsusən vaxt söhbətində. Dəqiqəsi dəqiqəsinə görüş yerində oluram, çünki gözləməyi və gözlətməyi sevmirəm. Yazılarımı oxumaq istəyənlər buyursun, amma heç kim ağıl öyrətməsin. Çünki, mənim üçün insanlar iki qrupa ayrılır: Dinləyib öz bildiyimi etdiklərim və dinləməyib öz bildiyimi etdiklərim. :)

Futbolu sevmirəm, amma Beşiktaş azərkeşiyəm. Üzə bilmirəm, akrofobiyam var - yüksəklikdən qorxuram. Heyvanları sevirəm. Evdə pişik sürüsü bəslədiyim üçün atamın qəzəbinə gəldiyim zamanlar tez-tez olur. :) Uşaqkən böyüyəndə polis olmaq istəyirdim. Böyüdüm vazkeçdim. Yuxarıda da qeyd etdiyim kimi siyasətlə maraqlanmıram, çünki az qalsın nəçəlnik soyuducuda gizlətdiyim tankı tapacaqdı. :) Musiqini sevirəm. Yaxşı musiqi duyumum var. Pop və rap dinləyirəm. Buradan Xpert'ə respect! :) Son olaraq saytın dizayn və proqram işlərini öz üzərinə götürən, eləcə də yazılara müəlliflik edən özümə öz minnətdarlığımı bildirirəm. :) Yazılarımı bəyənməyənlər, cihazlarınızdakı "exit" butonu məhz sizlər üçün yaradılıb. :) Hamınızı sevirəm. :) İnanmıram, kimsə oxusun bu avtobioqrafiyanı, amma oxuyan varsa, onu təbrik etmək istəyirəm, çünki səbrinizə heyran qaldım. :) Bu blogu məhşur olmaq üçün yaratmadım, məhz içimi tökmək üçün yaratdım. Bu səbəbəbdən hər an, hər şey görə bilərsiniz. Hər birinizə bol səbr arzu edirəm. Uşaqlarınızı ekrandan uzaq tutun. :) Uğurlar!